...

Fransada meşə yanğınları 800 hektar ərazidə bitkiləri məhv edib

Hadisə Materials 25 İyul 2021 06:35 (UTC +04:00)
Fransada meşə yanğınları 800 hektar ərazidə bitkiləri məhv edib

Bakı. Trend:

Fransanın cənubunda yerləşən Od departamentində baş verən meşə yanğınları ən azı 800 hektar sahədə bitki örtüyünü məhv ediblər.

Trend-in məlumatına görə, bu barədə ölkənin yanğınsöndürmə xidməti xəbər yayıb.

Məlumata görə, yanğın Karkasondan Narbona gedən magistral yolun yaxınlığında baş verib. Fəlakət nəticəsində Fransa, İspaniya və Portuqaliyanın bəzi bölgələri bir müddət işıqsız qalıblar.

Yanğının söndürülməsində təxminən 500 xilasedici iştirak edir. Ölkənin cənubunda isti hava və güclü külək səbəbindən rəsmilər yerli sakinləri meşədə ocaq qalamamağa və siqaret kötüklərini atmazdan əvvəl tam söndürməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti