...

Rusiyadan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlandı (FOTO)

Hadisə Materials 30 Sentyabr 2021 12:35 (UTC +04:00)
Rusiyadan gələn avtomobillərdə siqaret və spirtli içkilər aşkarlandı (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "MAN" və "Volvo" markalı yük avtomobilləri saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 1720 ədəd "Parliament Heets" markalı siqaret və 12 ədəd spirtli içki aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti