Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.