...

Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb

Hadisə Materials 8 Dekabr 2021 14:34 (UTC +04:00)
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb

Bakı. Trend:

Bakıda 5-ci mərtəbədən yıxılaraq birinci mərtəbəəki mənzilin artırmasının damına düşən şəxs sağ qalıb

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub. Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti