...

Balakəndə birmərtəbəli tikili yanıb, ölən var

Hadisə 23 Yanvar 2022 11:23 (UTC +04:00)
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var

Bakı. Trend:

Balakən rayonunun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti