...

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Hadisə 24 Yanvar 2022 10:36 (UTC +04:00)
Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Bakı. Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Soyulan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakini Savalan Məmmədov saxlanılıb. Həmin şəxsdən ov tüfəngi, patronlar və ovladığı çöl heyvanı aşkar edilib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti