...

Bakıda quyudan tapılan 4 yaşlı qız öldürülübmüş, şübhəli saxlanıldı - RƏSMİ

Hadisə Materials 1 Fevral 2022 17:58 (UTC +04:00)
Bakıda quyudan tapılan 4 yaşlı qız öldürülübmüş, şübhəli saxlanıldı - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Bakıda 4 yaşlı qızı öldürüb 10 metr dərinliyində quyuya atan şəxs saxlanılıb.

Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.

Xatırladaq ki, Bakıda 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin itkin düşməsi barədə polisə məlumat daxil olub. Aparılan axtarışlar nəticəsində azyaşlının meyiti quyudan tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti