...

ABŞ-da məktəb yaxınlığında atışma olub, ölən var

Hadisə Materials 2 Fevral 2022 04:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-in Riçfild şəhərində (Minnesota ştatı) məktəb yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində ən azı bir şagird həlak olub.

Trend-in məlumatına görə, bu barədə şəhərin polis idarəsinin rəisi Cey Hentorn bildirib.

Atışma hadisəsi yerli vaxtla günortadan sonra baş verib. Atəş açan şəxs hadisə yerindən qaça bilib, onun barəsində axtarış elan olunub.

"Təəssüf ki, şagirdlərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişib, digərinin vəziyyəti ağırdır", - deyə C.Herton qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti