...

Həftəsonu 25 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Hadisə Materials 7 Fevral 2022 10:02 (UTC +04:00)
Həftəsonu 25 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Bakı. Samir Əli - Trend:

Fevralın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti