...

Ağacları zədələyən şəxs cəzalandırılıb

Hadisə Materials 10 Mart 2022 16:20 (UTC +04:00)
Ağacları zədələyən şəxs cəzalandırılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Nəsimi rayonu, Mir Cəlal küçəsi 46 ünvanında ağacların zədələnməsi və kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda yaşayan vətəndaş Xədicə Kərimova tərəfindən 2 ağacın qanunsuz köçürüldüyü, 3 ağacın isə qazıntı işləri aparılan zaman kök hissədən zədələndiyi müəyyən edilib. Faktla bağlı X.Kərimova barəsində protokol tərtib olunub.

“Ərazidəki yaşıllıqların mühafizə olunması və ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinə, Nəsimi Rayon Bələdiyyəsinə və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti