...

Gömrükçülər 98 kiloqrama yaxın heroin aşkarlayıb (FOTO)

Hadisə Materials 14 Mart 2022 17:30 (UTC +04:00)
Gömrükçülər 98 kiloqrama yaxın heroin aşkarlayıb (FOTO)

Bakı. Trend:

Gömrükçülər tərəfindən daha bir fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Bolqarıstan Respublikasına PVC xammalı yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi 63AA195/63AA196 dövlət nömrə nişanlı “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib və bu zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü tərəfində olan yanacaq çənində süni olaraq hazırlanmış, aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc yerindən, ümumilikdə 113 bağlamada, xalis çəkisi 97 kiloqram 800 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti