...

Bakıda azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb

Hadisə Materials 18 Mart 2022 17:58 (UTC +04:00)
Bakıda azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb

Bakı. Trend:

Bakının Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Pərviz Bədəlov saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib.

Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib. Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib.

Pərviz Bədəlov barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti