...

Haitidə təyyarə qəzası baş verib, ölən və yaralılar var

Hadisə Materials 21 Aprel 2022 04:05 (UTC +04:00)
Haitidə təyyarə qəzası baş verib, ölən və yaralılar var

Bakı. Trend:

Haitinin paytaxtı Port-o-Prensin qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onlardan yalnız biri sağ qalıb.

Təyyarə qəzaya uğrayarkən yük maşınına çırpılıb, nəticədə ətrafda olan daha 3 nəfər yaralanıb. Müvafiq qurumlar hadisənin səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti