Bakı. Trend:
Gəncədə yük maşını orta yaşlı kişini vurub öldürüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk prospektində baş verib.
Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.