...

Bir neçə rayonda marketlərdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 13 İyun 2022 11:34 (UTC +04:00)
Bir neçə rayonda marketlərdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Biləsuvar polisi bir neçə rayonun ərazisində oğurluqlar edən şəxsi yaxalayıb. Həmin şəxs bir qayda olaraq obyektlərə damdan daxil olurmuş.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən mağazalardan birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub.Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Yalçın Abbasov müəyyən edilərək saxlanılıb. Onun həmin mağazaya damdan daxil olaraq oradan 1627 manat pulu, 700 manat dəyərində tütün məmulatlarını və əlavə olaraq bir ədəd elektrik gücləndiricisini oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə Y.Abbasovun daha bir neçə rayonda yerləşən mağazalara eyni üsulla daxil olaraq oradan oğurluqlar etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti