...

Ağacların qanunsuz kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Hadisə Materials 12 Oktyabr 2022 09:07 (UTC +04:00)
Ağacların qanunsuz kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ, Səbail rayonları, Mingəçevir şəhəri, Lerik və Ucar rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 18040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bunu Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti