...

4 hərbçi Kəlbəcərdə minaya düşüb, 1-i həlak olub

Hadisə Materials 14 Dekabr 2022 20:10 (UTC +04:00)
4 hərbçi Kəlbəcərdə minaya düşüb, 1-i həlak olub

Bakı. Trend:

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin birgə məlumatına əsasən, aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti