Bakı. Trend:
Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə, 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 169 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.