...

Bakıda restoran yanıb

Hadisə Materials 8 Yanvar 2023 09:21 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 370 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 100 m² sahədə əriyib. Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti