...

Bakıda şadlıq evində dava düşüb, iki nəfər bıçaqlanıb

Hadisə Materials 27 Aprel 2023 10:15 (UTC +04:00)
Bakıda şadlıq evində dava düşüb, iki nəfər bıçaqlanıb

Bakı. Trend:

Bakıda şadlıq evində dava düşüb, iki nəfər bıçaqlanıb.

Trend xəbər verir ki, dünən Binəqədi rayonu Binəqədi şossesində yerləşən "Vhite Palace" restoranında bıçaqlanma baş verib.

Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Salmanov Polad Vüqar oğlu 2005-ci il təvəllüdlü Hüseynov Xəyal Səbuhi oğluna sol döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək restorandan qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salmanov Polad Vüqar oğlu saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.

Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti