...

Tokio yaxınlığında baş verən zəlzələdə yaralananların sayı 8-ə çatıb

Hadisə Materials 12 May 2023 08:47 (UTC +04:00)
Tokio yaxınlığında baş verən zəlzələdə yaralananların sayı 8-ə çatıb

Bakı. Trend:

Yaponiyanın Tokio şəhərinin şərqində 5,2 bal gücündə zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb. Zəlzələ mayın 10-dan 11-nə keçən gecə qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı bildirib.

Daha əvvəl üç yaralı barədə məlumat verilmişdi. Xəsarətlər təlakanlar zamanı yıxılmalar ilə əlaqədar olub. Yaralıların vəziyyəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti