Bakı. Trend:
Göyçayda avtoxuliqanlıq edən sürücü inzibati həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, Göyçay Rayon Polis
Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində
sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və
avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Rayon sakini Emil Məlikov idarə etdiyi “VAZ-2170” ( Priora) markalı
avtomobil ilə yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə
pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçıları üçün də
təhlükə yaradıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərtib olunmuş protokol baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Emil Məlikovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 20 sutka inzibati həbs olunub.