...

Xocalıda yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 30 May 2023 21:31 (UTC +04:00)
Xocalıda yol qəzası baş verib, ölən və yaralananlar var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı rayon Polis Şöbəsinə rayonun Baharlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi HOVO markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb.

Hadisə nəticəsində sürücü, sərnişinlər - Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü İlqar Əzizov, 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Digər sərnişin, 1969-cu il təvəllüdlü Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti