...

Qəbələdə avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb

Hadisə Materials 31 May 2023 09:26 (UTC +04:00)
Qəbələdə avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend6

Qəbələdə qəza olub, 1 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, dünən gecə saat 23 radələrində "Wolksvagen" markalı avtomobilin sürücüsü, 1959 - cu il təvəllüdlü Bakı şəhər sakini Rövşən Mustafayev Qəbələ şəhəri ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan onun qızı və bir azyaşlı nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti