...

Şamaxıda yük avtomobili aşıb

Hadisə Materials 11 İyun 2023 20:41 (UTC +04:00)
Şamaxıda yük avtomobili aşıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda avtomobil yoldan çıxaraq aşıb, ölən var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, bu gün saat 18 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti