Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Böyükdüz kəndi
ərazisində taxıl zəmisində yanğın baş verməsi barədə məlumat daxil
olub.
FHN-dən Trend-ə verilən məlumata görə, dərhal əraziyə Naxçıvan
Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb
olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər
sayəsində taxıl zəmisində baş vermiş yanğın qısa müddətdə
söndürülərək genişlənməsinə və ətraf sahələrə yayılmasına imkan
verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 4 hektar olan taxıl
zəmisinin 0,5 hektar biçilmiş və 0,3 hektar biçilməmiş hissəsi
yanıb.
Zəminin böyük hissəsi və bitişik sahələr yanğından mühafizə
edilib.