Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi vəhşicəsinə qətlə yetirilib.
Trend xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Qeyd olunub ki, universitet kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub.
Allah rəhmət eləsin!