...

Lökbatanda mağazadan oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 26 İyul 2023 11:34 (UTC +04:00)
Lökbatanda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Lökbatanda mağazadan oğurluq edən şəxs saxlanılıb.

İyulun 24-də saat 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki bazarda yerləşən mağazaların birindən 3500 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Eyvaz Bağırov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla onun həmin gün bazarda yerləşən digər bir mağazadan 500 manat dəyərində təzyiq aparatı və su nasosu oğurlaması da müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti