...

Bakıda 32 yaşlı qadın qətlə yetirilib

Hadisə Materials 5 Avqust 2023 20:07 (UTC +04:00)
Bakıda 32 yaşlı qadın qətlə yetirilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti