...

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Hadisə Materials 16 Avqust 2023 00:05 (UTC +04:00)
Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan", “Zuğulba-3” sularda xilasetmə məntəqələrinin ərazisində, "Şirvan" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Şıx ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti