Bakı. Trend:
Yevlax rayonu ərazisində bu gün saat 13 radələrində ağır yol
qəzası baş verib.
Trend xəbər verir ki, Xaldan
dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi
“Porsche Cayenne” markalı avtomobil yoldan çıxaraq aşıb.
Belə ki, hadisə nəticəsində sürücü və avtomobildə olan 4 qadın
sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni görən digər
şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər.
Görüntüləri təqdim edirik: