...

Qusarda avtobus dərəyə aşdı: xəsarət alanların adları bilindi

Hadisə Materials 11 Dekabr 2023 17:34 (UTC +04:00)
Qusarda avtobus dərəyə aşdı: xəsarət alanların adları bilindi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qusarın Avaran kəndi ərazisində dərəyə aşan mikroavtobusda yaralanan sərnişinlərin adları müəyyənləşib.

Trend xəbər verir ki, Qusardan Xürel kəndinə gedən sərnişin avtobusunda qəza zamanı 15 nəfər olub. Onlardan 6 nəfər - Mikayılova Liana Nəriman qızı, Bədəlova Lamunat Misənnif qızı, Şıxzadayeva Milyanə Vəzirxan qızı, Əmiraslanov Ruslan Əmiraslan oğlu, Beydiyeva Aksana Mövlud qızı və Cavadova Aysel Mayis qızı xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya uğrayan 38 BC 630 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü Qusarın Xürel kənd sakini Natiq İlyasovdur. Sürücü bildirib ki, qatı duman səbəbindən sərt döngədə idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti