...

Hirkan Milli Parkında yanğın baş verib

Hadisə Materials 9 Yanvar 2024 23:20 (UTC +04:00)
Hirkan Milli Parkında yanğın baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lerikdə meşə sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 hektar və Hirkan Milli Parkının ərazisində 0,2 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Nazirliyin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti