...

Dəmir yolu ərazisində sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu - FOTO

Hadisə Materials 23 Yanvar 2024 11:54 (UTC +04:00)
Dəmir yolu ərazisində sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu - FOTO
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti