...

Ağdamda evdə yanğın olub

Hadisə Materials 29 Yanvar 2024 23:15 (UTC +04:00)
Ağdamda evdə yanğın olub

Bakı. Trend:

Ağdam rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun İmamqulubəyli kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın və mətbəxin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti