...

Füzulidə Mərkəzi Kitabxananın binasında yanğın olub (FOTO)

Hadisə Materials 5 Fevral 2024 23:37 (UTC +04:00)
Füzulidə Mərkəzi Kitabxananın binasında yanğın olub (FOTO)

Bakı. Trend:

Fevralın 5-də təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmamış, yanğın nəticəsində xəsarət alann olmamışdır.

"FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək", - deyə nazirlikdən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti