...

Kürdəmirdə narkotik vasitələr satan şəxslər saxlanılıb

Hadisə Materials 24 Aprel 2024 08:22 (UTC +04:00)
Kürdəmirdə narkotik vasitələr satan şəxslər saxlanılıb

Bakı. Trend:

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti