...

Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib

Hadisə Materials 19 Avqust 2024 23:08 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1995-ci il təvəllüdlü Teyyubov Anar Mahir oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti