...

Yolların buz bağlaması qəzalara səbəb olub - NİİM (VİDEO)

Hadisə Materials 25 Fevral 2025 11:26 (UTC +04:00)
Yolların buz bağlaması qəzalara səbəb olub - NİİM (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib.

Digər bir yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb.

Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti