...

Gədəbəydə qaynatası və baldızı tərəfindən döyülən gəlinin və uşağının vəziyyəti AÇIQLANDI (YENİLƏNİB)

Hadisə Materials 11 Aprel 2025 15:31 (UTC +04:00)
Gədəbəydə qaynatası və baldızı tərəfindən döyülən gəlinin və uşağının vəziyyəti AÇIQLANDI (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gədəbəydə qaynatası və baldızı tərəfindən döyülən gəlinin və uşağının vəziyyəti məlum olub.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.

Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda qeyd edilib.

XXX

14:45

Gədəbəydə gəlinin və övladının qaynatası və baldızı tərəfindən döyülməsi hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub.

"Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək"- deyə o əlavə edib.

XXX

14:25

Gədəbəydə döyülmə faktı qeydı alınıb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti