...

Paytaxtda anbardakı yanğına görə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 21 Aprel 2025 14:42 (UTC +04:00)
Paytaxtda anbardakı yanğına görə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb (FOTO) (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yanğın səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

XXX

11:28

Yanğın səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti