Bakı. Trend:
Bakıda avtobus piyadanı vurub.
Trend-in məlumatına görə, hadisə avqustun 7-də saat 19 radələrində Xətai rayonu, Gəncə prospekti 46 ünvanında baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Taleh Nəzərov idarə etdiyi 10-TF-992 dövlət qeydiyyat nişanlı avtobusla piyada 1967-ci il təvəllüdlü Adilə Həşimovanı vurub.
Piyada aldığı xəsarətlər nəticəsində saat 23 radələrində Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.