...

Ağcabədidə qəza nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ (YENİLƏNİB)

Hadisə Materials 11 Avqust 2025 14:20 (UTC +04:00)
Ağcabədidə qəza nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

10.08.2025-ci il tarixində saat 22:00 radələrində Ağcabədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1962-ci il təvəllüdlü şəxsə hər iki qamış sümüyünün qəlpəli sınığı, 1996-cı il təvəllüdlü şəxsə isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu təyin olunub.

“1962-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər şəxsə zəruri tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”,- deyə məlumatda qeyd edilib.

xxx

11:41

Ağcabədidə 2 yük avtomobili toqquşub, sürücülər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Qaradolaq kəndi ərazisində baş verib.

Belə ki, Ağcabədi rayonu Aşağı Avşar kənd sakini 1997 - ci il təvəllüdlü Seymurov İsmayıl Vüqar oğlunun idarə etdiyi "KamAZ" markalı yük avtomobili Biləsuvar rayon sakini 1962 - ci il təvəllüdlü Nadirov Əhliman Xanoğlan oğlunun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə yerinə FHN -nin xilasetmə qüvvələri cəlb edilib. Sıxılı vəziyyətdə qalan Ağcabədi rayon sakini Ə.Nadirov deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yaralılar Ağcabədi Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti