...

Gədəbəydə yaşayış binasında yanğın olub

Hadisə Materials 9 Noyabr 2025 19:31 (UTC +04:00)
Gədəbəydə yaşayış binasında yanğın olub

Bakı. Trend:

Gədəbəy şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gədəbəy şəhərində üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 120 m² olan 5 otaqlı mənzilinin eyvanında 1 ədəd məişət avadanlığı və dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti