...

Paytaxtda avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb

Hadisə Materials 29 Dekabr 2025 15:47 (UTC +04:00)
Paytaxtda avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nizami rayonu Q.Qarayev prospektində “Daewoo” markalı sərnişin avtobuslarının birində naməlum sərnişin paytaxt sakini olan sürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərək ələ keçirib.

Trend-in məlumatına görə, hadisədən sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sənan Quluzadə saxlanılıb. Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti