...

Nazim Nağıyev: "Grand" supermarketinə basqın faktı ilə əlaqədar şübhəli şəxs qismində saxlanılan yoxdur"

Hadisə Materials 8 Dekabr 2005 14:07 (UTC +04:00)

Dekabrın 7-də axşam saat 19.30 radələrində Bakı şəhəri, 8-ci mikrorayon ərazisində "Grand" supermarketinə edilmiş silahlı basqınla əlaqədar şübhəli şəxs qismində saxlanılan yoxdur. Bu barədə Trend ə Binəqədi rayon Polis İdarəsinin rəisi Nazim Nağıyev məlumat verib.

Rəis bildirib ki, mağazaya daxil olan silahlı basqınçılar odlu silahdan tavana atəş açıblar. Bununla da mağazada olan satıcıları və alıcıları hədələyiblər. "Satıcılardan xəzinədə olan pullar tələb edilib və nəticədə basqınçılar xəzinədəki 10.000 ABŞ dollarını götürüblər. Mağazanın arxa qapısından çıxaraq maşına əyləşib hadisə yerindən qaçıblar", - deyə rəis bildirib.

N.Nağıyev onu da qeyd edib ki, faktla bağlı cinayət işi qaldırılıb, hazırda hadisənin şahidi olmuş mağaza işçiləri və həmin vaxt mağazada olmuş alıcılar hadisə ilə əlaqədar şahid kimi dindirilir.

Xəbər lenti

Xəbər lenti