...

Qubanın Alpan kəndində yanğın zamanı ev sahibəsi həlak olub

Hadisə Materials 19 Yanvar 2007 10:51 (UTC +04:00)

Quba şəhərindən 20 km məsafədə yerləşən Alpan kəndində yanvarın 18-i saat 14:50 radələrində ikimərtbəli fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Trend ə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın nəticəsində evin dam örtüyü 126 kv.m. sahədə, 2-ci mərtəbənin aynəbəndi 42 kv.m. sahədə tam, digər 3 otaq isə qismən yanıb. Yanğın yerinə baxış zamanı ev sahibi 1938-ci il təvəllüdlü Muradova Aidə İbad qızının meyidi aşkar olunub. Yanğından 1-ci mərtəbə və yaxındakı tikililər mühafizə olunub. Yanğın 16:53 dəqiqədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti