...

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 28 Avqust 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Çərşənbə axşamı Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Trend in bölgə müxbirinin sözlərinə görə, şəhər sakini Vüqar Etibar oğlu Qasımovun idarə etdiyi "Tofaş" markalı 55-BG-431 dövlət nömrə nişanlı avtomobil piyada Məzahir Veysəl oğlu Mustafayevi vuraraq hadisə yerindən qaçıb.

Şəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Arzu İlyaslının sözlərinə görə, Mustafayev ağır-açıq kəllə-beyin travması, ağır beyin əziyi ilə səhər xəstəxanasına gətirilib.

Bütün tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Şəki şəhər Polis Şöbəsinin müstəntiqi Rüfət Mustafayev keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qasımovun saxlandığını və Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işinin başlandığını deyib.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-şərqdə yerləşir.

Xəbər lenti

Xəbər lenti