Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir X.Murtuzayeva/
Üz tanıma xüsusiyyəti olan mobil telefonların sayının sürətlə artdığı bildirilir.Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən xəbər verir.
ABİ texnoloji araşdırma şirkətinin məruzəsinə görə, bu il ağıllı cib telefonlarının 25 faizi üz tanıma texnologiyasına malik olacaq və bu say sürətlə artacaq. Məruzəyə görə, son 5 ildə ağıllı cip telefonlarının sayı ildə 600 milyondan çox artır.
Sözügedən texnologiya hələlik rəsmi olaraq "Android"in "Ice Cream Sandwich" və "Jelly Bean" distribyuturları tərəfindən istifadə olunur. Hesabatda qarşıdakı illərdə həm daha çox əməliyyat sistemlərinin, həm də cihazların bu texnologiyaya sahib olacağı göstərilir.
Qeyd edək ki, üz tanıma texnologiyası 1960-cı illərdə Vudi Bledsi, Helen Çan Volf və Çarlz Bisson tərəfindən inkişaf etdirilib. İşıq təsiri və ya mimikalar bəzən texnologiyadan istifadəyə çətinlik yaratsa da, həm az enerji ilə işləyə bilən kameraların keyfiyyətinin yüksəlməsi, həm də kompleks alqoritmi işləyə biləcək güclü prosessorlar sayəsində bu texnologiyadan mobil telefonlarda da istifadə olunmağa başlanıb. Hələlik xeyli çatışmazlıqları olan bu texnologiya inkişafı etdikcə onun mobil telefon oğurluqlarına son qoyacağı gözlənilir.