...

"BlackBerry" telefonları allergiyası olanlar üçün təhlükəlidir

Maraqlı Materials 12 Noyabr 2012 17:04 (UTC +04:00)
Əgər sizdə nikel və kobalta qarşı allergiya varsa, yəni onlarla təmasda olarkən sizdə qızartı, şişkinlik, qaşınma, səpki əmələ gəlirsə, bəzi mobil telefonlardan istifadə sizə zərərlidir.
"BlackBerry" telefonları allergiyası olanlar üçün təhlükəlidir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Əgər sizdə nikel və kobalta qarşı allergiya varsa, yəni onlarla təmasda olarkən sizdə qızartı, şişkinlik, qaşınma, səpki əmələ gəlirsə, bəzi mobil telefonlardan istifadə sizə zərərlidir. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Alimlər yeni telefonları bu birləşmələrin konsentrasiyası üzrə testdən keçiriblər. Məlum olub ki, bir sıra "BlackBerry" telefonlarının tərkibində nikel var. ABŞ-dakı Vintrop Universitet Hospitalının əməkdaşı Luz Fonasyerin sözlərinə görə, bir çox telefonlar hər iki metalla "lovğalana" bilər. Bu mənada "Android" və "iPhone" əsasında hazırlanmış telefonlar yoxlamadan müvəffəqiyyətlə keçib.

Tədqiqat nəticəsində düyməli telefonların daha təhlükəli olduğu aşkara çıxıb. Belə ki, "BlackBerry"nin bütün klaviaturalarında nikel tapılıb. Özünü birləşmə ilə birbaşa təmasdan müdafiə etmək üçün yeganə çıxış yolu qoruyucu üzlükdən istifadə etməkdir.

Beləliklə, aşağıdakı modellərdə nə nikel, nə də kobalt var: iPhone 4, iPhone 4s, iPhone 3, Motorola V950 Rugged Flip, BlackBerry Torch, BlackBerry Curve, Motorola Droid.

Lakin BlackBerry Bold, BlackBerry Tour, LG Flip VX 6100, Sony Ericsson Flip Z520a və Motorola Flip v265-də kobalt var.

Samsung Flip SCHA670, LG Flip CV 500, LG Flip VX 4400, Motorola Flip E815 modellərində də bu birləşmələrdən heç biri mövcud deyil.

Qeyd edək ki, elektron hissələrin istehsalında və qalvanik örtüyün çəkilməsi zamanı nikel geniş tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti